Qaynar xəbər portalı

Kultaz: Portalımızın daimi müəlliflərindən biri- Cavidanla saytımızın daimi şərh yazarı Novarg yeni bir layihənin əsasını qoyublar. Layihə “Roman” adlanır. Belə ki, yeni yaradılan “roman.azeriblog.com” ünvanında məqsəd roman və roçançılıq haqqında bilgilər vermək, müzakirələr açmaqdır. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 56 oxunma | Şərh yaz 2 şərh var »

AZADLIQ SAATI

Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu

onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 49 oxunma | Şərh yaz 2 şərh var »

(“Babəkin canlanması” romanının III fəsli)

Təkcə adı sakitiydi okeanın. Çılğın, ehtiraslı, gözəliydi. Azadıydı, çox azadıydı. Uzaqdan yelli gələn dalğaları üstündə çöməldiyim qayaya şapılldayır, heysiz-heysiz geri qayıdaraq xışıldayırdı. Xışıldadıqca xısınlaşmaq istəyirdim Sakit okeanla. Ona deyiləsi çox sözüm-sovum vardı, hər nə qədər çox olsa da, açıb-ağarda bilmirdim ürəyimdən keçənləri. Qorxurdum, çox qorxurdum, o boyda okeanın qabağında kiçik düşməkdən, balaca görünməkdən çəkinirdim öz dərd-sərimlə. Gülərdi adama. Ləpələri ilə üstünə atılıb adamdan soruşardı, “evin yıxılsın, sən nə haydasan, mən hayandan-hayanayam?” Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 271 oxunma | Şərh yaz 21 şərh var »

Tərçüməçi qeydi: İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi Karl Qustav Yunqun (1875-1961) «Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi» məqaləsi onun «Böyük qurtuluşun Tibet kitabı»na psixoloji şərhlər» əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilmişdir.

***

D-r Evans Vens Şərq «psixologiyasının» vacib müddəalarından ibarət mətnin şərhi vəzifəsini mənə həvalə etdi. Dırnaq işarəsi belə bir ifadənin işlədilməsinin şübhə doğurduğunu göstərir. Qeyd etmək yerinə düşərdi ki, Şərq Avropa psixologiyasına bənzər bir şeydən daha çox fəlsəfə və ya metafizika yaratmışdır. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 136 oxunma | Şərh yaz 4 şərh var »

-Vətən deyir, bu körpülər on ildən sonra uçacaq
-Bilmirəm. Mən mühəndis deyiləm. Cəhənnəmə uçsun. Biz bu körpülərin nə altından keçəcəyik, nə də üstündən.
(“Körpüsalanlar”dan bir parça).
Seymur Baycanın üçüncü romanı çapdan çıxdı. Adı “Körpüsalanlar” olan bu roman sözün bütün mənalarında günümüzün romanıdır. Romanda körpüsalanlardan söhbət gedir. Onların ağır həyatı, məişətini təsvir edən romanın əsas xüsusiyyəti heç şübhəsiz ki, realizmdir. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 328 oxunma | Şərh yaz 18 şərh var »

Mənə elə gəldi ki, gülməli əhvalat danışır

…Bir həmyerlimiz Bakıda pullu tualetlərdən birinə gedir. Beş yüz manat alırlar ondan. Tualetdən bir-iki addım uzaqlaşan kimi yönünü təxminən qoyub gəldiyi dağlara tərəf çevirir:
«Can ay dağlar, bu hesapnan sizə nəxərtə borşdu qaldım».
Məncə yanılır o kişi… Əksinə, biz bütün borclarımızı bu yolla qaytardıq o torpağa. Bəli, məhz bu yolla! Bir qara qəpik belə verəcəyimiz qalmadı. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 138 oxunma | Şərh yaz 4 şərh var »

Bir neçə verilişə baxmaq kifayətdir ki, xalqımızın həyatının çox aşağı keyfiyyətli, süni güllərdən olan çərçivə ilə primitiv, kəndistan zövqü ilə bəzədilmiş güzgüdə əks olunduğundan əmin olasan

Əzizim Cəmilə, artıq iki ildən çoxdur ki, atan və mənə qəlbən yəqin ki, ən yaxın dostum aramızda deyil. O sağ olanda, tənha bir yerdə görüşmək və onunla həyat, zaman, yaşam problemləri haqda təəssüratlarımızı bölüşmək imkanı var idi. Mənə elə gəlir ki, bizim görüşlərimiz onun üçün vacib idi.İnsan yaxınlarını itirməyə məhkumdur; zamanla tənhalığa doğru bu hərəkət sürətlənir. Amma səni başa düşə biləcək həmsöhbətə ehtiyac əvvəlki kimi qalır. Görünür, sənə bu məktubu yazmağa məni elə bu vadar edib. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 234 oxunma | Şərh yaz 17 şərh var »

Bu yaxınlarda tanınmış yazıçı, dramaturq, ssenarist İlqar Fəhminin “Yurd” nəşriyyatında “Akvarium” adlı teatral və “Qarğa yuvası” adlı tarixi detektıv romanı işıq üzü görüb.
“Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən”, adlı şeir toplularından və “Aktrisa”, “Bakı tarixindən kollaj” nəsr kitablarından sonra sayca beşinci kitabı olan “Akvarium” romanınıda arzu və istəyinə yetişən, lakin daxilindəki mənəvi boşluğu doldura bilməyən bir insanın həyatının gedişatı təsvir olunur. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 72 oxunma | Şərh yaz 3 şərh var »

Teatrımız bu gün… sabah…

Bu günlərdə Axundov adına Milli Kitabxanada «Mədəniyyətşünaslıq elmi-metodiki mərkəzi «Teatrımız: Bu gün, Sabah…» mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanınsa bir özəlliyi var. Bu masada tərəflər yoxdur. Heç kimisə qoymaq üçün künc də yoxdur. Hərçənd, milli kitabxananın adətən tədbirlər keçirilən xarici oxu zalındakı uzun masanın başı və axırı, hətta küncləri də var. Başda oturan hörmətli bir kəs tədbiri açır və sözü sıra ilə danışmalı kəslərə verir. Sözügedən elmi-metodiki mərkəzin təşkil etdiyi bu dəyirmi masanın ətrafına yığışanları nəzərdən keçirdikcə nə çeynəniləcəyini bəri başdan bəlli etmək mümkün olur. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 56 oxunma | Şərh yaz Şərh yazın »

Bizim kənddə Ağan əmioğlu adlı bir gopçu var idi. Var idi deyəndə, mən özüm onu görməmişəm, ağlım kəsəndə axtardım, dedilər ölüb gedib. Kənd-kəsək camaatı Bakıya güclə gəlib gedən vaxt Ağan əmioğlu gününü paytaxtda keçirər, geri qayıdanda ömründə bircə dəfə də Filarmoniyada olmayan kənd uşaqlarını başına yığıb başından yekə danışarmış. Ağan əmioğlu Bakıda o vaxtın bərk gedən cavanları ilə oturub-durduğunu eşitdirmək üçün lovğalana-lovğalana deyirmiş ki, o gün Məmmədbağırı döyürdüm, Vəli qoymadı. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 106 oxunma | Şərh yaz 5 şərh var »

Vədə tamam olmuşdu, beş ata bunca illərdən sonra oğullarını geri almaq üçün Çaykənarı qəbiləsinə yollandılar. Hardasa dörd gün yarım yol gedəcək, Quruçayın kənarında gecəyarısına kimi mərasim qurub şənlənəcək və ağsaqqallardan xeyir-dua alıb oğullarını evlərinə gətirəcəkdilər. Bu, babalardan qalma ən qədim adət hesab olunurdu, Şərqli qəbiləsində oğlan uşaqları dünyaya göz açan kimi onlar tərbiyə alıb, sənətə yiyələnmək üçün Çaykənarı qəbiləsinə göndərilir, aradan on il keçəndən sonra isə öz evlərinə qaytarılırdılar. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 474 oxunma | Şərh yaz 28 şərh var »

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi şair Qəşəm Nəcəfzadənin Türkiyənin “Bengü” yayım evində “Savaş, ayaqqabı, ölüm” adlı şeirlər kitabı gözəl bir tərtibatla cap olunub. Topluya şairin son illərdə yazdığı şeirlər daxil edilib. Türkiyə ədəbi mətbuatında, xüsusən “Kardeş Kalemler” dərgisində şairin şeirlərinin son vaxtlar müntəzəm dərci yeni şeirlər kitabının ortaya qoymaq zərurətini yaratdı. Kitabın redaktoru və Türkiyə türkçəsinə çevirəni tanınmış alim, tərcüməçi və pedoqoq Fəti Gədiklidir. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 1,049 oxunma | Şərh yaz 29 şərh var »

Kimdi məni səsləyən

Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada?-
Bir payı quru torpaq,
Üç payı su dünyada!

Adım Peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 105 oxunma | Şərh yaz 3 şərh var »

Bakı haqqında yazı

Azərbaycanda elita olmayıb. Daha doğrusu o fiziki cəhətdən məhv edilib. Söhbət 30-cu illərdən gedir. O zamanlara qədər çox güclü aydınlar vardı. Milli dildə məktəb demək olar ki, yox idi, amma milli ziyalılar vardı. Onları bir daha xatırlayaq: Mirzə Fətəli, Mirzə Cəlil, Cavid, Məmməd Əmin, Əli bəy Hüseynzadə və başqaları. Davamı…

Yazar Yazar: Qan Turalı | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 524 oxunma | Şərh yaz 38 şərh var »

Nərmin Kamalın “Umberto Eko və Postmodernizm fəlsəfəsi” kitabı işıq üzü görüb. Müəllifin kitaba yazdığı ön sözü təqdim edirik:

Kitabın adındakı hər iki açar-söz – Umberto Eko və Postmodernizm fəlsəfəsi XX əsrin ikinci yarısının hadisələridir, deməli, zamanca müasirlərimizdir. Postmodernizm - Avropa fəlsəfi, bədii-estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. Bizim Qərbə inteqrasiyamız yalnız onun klassik sistemləri çərçivəsində qala bilməz, Qərbə necə varsa, olduğu kimi yanaşmamız üçün onun ən yeni ideyalarını, ən yeni dünyagörüşünü öyrənməli və diqqətə almalıyıq. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 433 oxunma | Şərh yaz 19 şərh var »

SƏN VARSAN ZAMAN KİMİ

Hardasa uzaqda-
səmanın torpaqla
birləşdiyi yerdə
dayanıbsan.
Əllərin məni çağırır… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 105 oxunma | Şərh yaz 3 şərh var »

(Əziz Nesinin əziz xatirəsinə)

“Mən səni sevirəm,
mənim eşşək sevgilim…”
Bir sevgilinin dilindən

Mən eşşəyəm. Yeddi yaşında, boz bir eşşək. Əvvəllər, yəni mən uşaq ikən dərimin rəngi parlaq idi və şabalıdıya çalırdı. Onda hələ kənddə yaşayırdım. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 115 oxunma | Şərh yaz 6 şərh var »

Jalə daha bir müsabiqənin qalibi oldu

2008-ci il Azərbaycan ədəbiyyatının gənc yazarlarının yadında müsabiqələrlə qaldı desək, yanılmarıq. Elə bircə “Nəsimi” ədəbiyyat müsabiqəsini xatırlatmaq yetər ki, “Kultaz” oxucuları gənc yazarların həvəslənməsinə təkan verən yarışmaların önəmini vurğulasın.
Hər zaman gənc yazarları diqqət mərkəzində saxlayan “Kultaz” olaraq bildirək ki, bu yaxınlarda, daha dəqiqi, oktyabrın 25-də həmkarlarımızdan birinin – Cavidanın şəxsi blogunda Jalənin təşəbbüsü ilə “Payız” adlı şeir müsabiqəsi elan olunmuşdu. Sadəcə xanımların iştirakına icazə verilən müsabiqə noyabrın 20-də başa çatmalıydı. Çatdı da. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 308 oxunma | Şərh yaz 18 şərh var »

(Qalib Toğrula Kopenhagendən birinci məktub)

… Cavanşir Yusiflini samballı polemikaya dəvət etdim, malisef qaçdı, təklif elədiyim mövzuya öz bloqundan səthi reaksiya bildirdi… Başdan- ayağa sosial problemlərə “dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirmək cəhdi” deməkdən irəli gedə bilmədi…
… Şərif Ağayarın hekayəsi haqda fikirlərimi dedim, digər yorumçulara cavab verdi, mənim qeydlərimə münasibət bildirməkdən çəkindi, “susmaq razılıq əlamətidir”, - bu, öz yerində- amma etiraf edə bilmək də mədəniyyətdir… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 377 oxunma | Şərh yaz 19 şərh var »

Noyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda görkəmli Ukrayna şairi, ötən əsrin 70-ci illərində repressiya olunmuş Vasıl Stusun Azərbaycan və rus dillərində olan «Kolımada kəklikotu qoxusu» («Na Kolıme zapaxlo çabretsom») adlı şeirlər toplusunun təqdimetmə mərasimi keçirildi. «Dünya ədəbiyyatı» dərgisinin qısa adı «DƏB» (Dünya Ədəbiyyatından Books) olan kitab seriyasının 11-ci kitabı ölkəmizin Ukraynadakı səfiri, professor-doktor Tələt Əliyevin şəxsi dəstəyi ilə nəşr olunub. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 74 oxunma | Şərh yaz Şərh yazın »